Salam uşaqlar! Bu gün Alman dilində özümüzü necə təqdim etməyin ən sadə yolunu öyrənəcəyik: Ich heiße... Bu ifadə sadəcə "Mənim adım..." deməkdir.
Burada ich "mən", heiße isə "adlanıram" deməkdir. Yəni, bir yerdə "Mən adlanıram..." mənasını verir. Məsələn, adınız Ayxandırsa, sadəcə Ich heiße Ayxan deyirsiniz. Ya da adınız Saradırsa, Ich heiße Sara deməlisiniz. Göründüyü kimi, öz adınızı demək çox asandır!
Bu, Almaniyada tanışlıq üçün ilk və ən vacib cümlələrdən biridir. Praktika edin və tez öyrəşəcəksiniz!